Dünya
ABŞ İranı dənizdən mühasirəyə alır: Blokadanın başlayacağı vaxt açıqlandı
ABŞ İran limanlarına giriş-çıxış edən bütün gəmilərə tətbiq etməyi planlaşdıran blokadanın vaxtını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, blokada aprelin 13-də Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minəcək. ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq. * KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdi * Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi * Böyük Britaniya Hörmüz boğazında ABŞ missiyasında iştirak etməyəcək * ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında blokadanın tezliklə başlaması barədə əmr verdiyini bildirmişdi.
Mənbə
oxu.az