Dünya

Bahçeli "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib

13 Apr 2026, 02:01 1 baxış
Bahçeli "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli qlobal gərginliyin artdığı bir dövrdə "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə MHP-nin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. Bahçeli televiziya proqramına göndərdiyi mesajda qeyd edib ki, İslamabadda İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalması dünyada sülh üçün təhdid yaradıb. O bildirib ki, baş verənlər üçüncü dünya müharibəsi ssenarilərinin daha çox müzakirə olunmasına səbəb olub. Bahçeli BMT-nin baş katibi Antonio Quterreşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının iştirakı ilə "Dünya Sülh Şurası" mexanizmi çərçivəsində yeni tədbirlərin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, bu təşəbbüsə Türkiyə ev sahibliyi edə bilər.
Bahçeli "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib
Mənbə oxu.az

Oxşar Xəbərlər