Dünya

Nigeriyada bazara hava zərbəsi endirilib, yüzlərlə insan ölüb

12 Apr 2026, 21:24 1 baxış
Nigeriyada bazara hava zərbəsi endirilib, yüzlərlə insan ölüb
Nigeriyanın şimal-şərqində bazara endirilən hava zərbəsi nəticəsində azı 200 nəfər həlak olub. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, hadisə "Boko Haram" qruplaşmasına qarşı əməliyyat zamanı baş verib. Nigeriya hərbi qüvvələri Yobe və Borno ştatlarının sərhədində yerləşən Cilli kəndindəki bazara zərbə endirib. Yerli sakinlər və humanitar təşkilat nümayəndələri məlumatı təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər