Dünya
ABŞ prezidentindən sərt sözlər: "İran danışıqlara qayıdacaq və bizə istədiyimizi verəcək"
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran sonda danışıqlara qayıdacaq və Vaşinqtonun irəli sürdüyü bütün şərtlərlə razılaşacaq. Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib. "ABŞ-nin "İran sivilizasiyasını məhv etmək" niyyəti barədə bəyanatı onları danışıqlar masasına gətirdi və onlar masanı tərk etmədilər. Onlar danışıqlar masasından getmədilər. Mən hesab edirəm ki, onlar qayıdacaq və bizə istədiyimiz hər şeyi verəcəklər. Mən də öz komandama dedim ki, hər şeyi istəyirəm. Mən 90% istəmirəm, 95% istəmirəm, dedim ki, hər şeyi istəyirəm, iranlıların isə başqa yolu yoxdur", - deyə Donald Tramp bildirib.
Mənbə
oxu.az