Dünya

Vladimir Putin və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

12 Apr 2026, 17:24 1 baxış
Vladimir Putin və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian telefon danışığında Yaxın Şərqdəki vəziyyətin son inkişafını müzakirə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. "İran prezidenti aprelin 11-də İslamabadda keçirilmiş İran-ABŞ danışıqlarını qiymətləndirib. Məsud Pezeşkian Vladimir Putini və Rusiyanın bütün pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, vəziyyətin deeskalyasiyasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını ifadə edib. O, həmçinin Rusiyanın İran xalqına göstərdiyi humanitar yardıma görə Putinə təşəkkür edib", - deyə məlumatda bildirilir. Qeyd edilir ki, V.Putin münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına kömək etməyə, Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülhün bərqərar olması maraqları naminə vasitəçilik səyləri göstərməyə hazır olduğunu vurğulayıb. "Bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla aktiv təmaslarını davam etdirəcək", - məlumatda deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər