Dünya
İsrail ordusu Livanın Bint-Cubeyl şəhərini mühasirəyə alıb
Livanın cənubundakı Bint-Cubeyl şəhəri əraizisində İsrail hərbçiləri ilə "Hizbullah" qruplaşması arasında şiddətli toqquşmalar baş verir. Oxu.Az bu barədə Livan KİV-ə istinadən xəbər verir. Bildirilir ki, son günlər İsrail Müdafiə Ordusu (SAXAL) şəhəri "Hizbullah" silahlılarından və qruplaşmanın infrastrukturundan təmizləmək əməliyyatı çərçivəsində Bint-Cubeyli mühasirəyə alıb. Bildirilir ki, İsrail qüvvələri şəhərin qalan məhəllələrinə doğru irəliləmək və onlar üzərində nəzarəti təmin etmək cəhdlərini davam etdirir.
Mənbə
oxu.az