Dünya

Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb

12 Apr 2026, 10:00 1 baxış
Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Haitinin şimalındakı kənd ərazisində faciə baş verib. Qədim Laferyer qalası yaxınlığında yaşanan kütləvi izdiham azı 30 nəfərin həyatına son qoyub. Oxu.Az bu barədə "Le Nouvelliste" qəzetinə istinadən xəbər verir. Hadisə ölkənin ən məşhur görməli yerlərindən birinin ziyarətçilərlə həddindən artıq dolması nəticəsində baş verib. Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Onlar qurbanların sayının daha çox ola biləcəyini istisna etmirlər. Qeyd edək ki, Laferyer qalası XIX əsrin əvvəllərində inşa edilib.
Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Mənbə oxu.az

Oxşar Xəbərlər