Dünya

ABŞ-dən kosmosa yeni missiya: Beş ton yük orbitə göndərildi - VİDEO

12 Apr 2026, 02:31 1 baxış
ABŞ-dən kosmosa yeni missiya: Beş ton yük orbitə göndərildi - VİDEO
ABŞ-nin "Cygnus XL" yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya doğru buraxılıb. Oxu.Az NASA-ya istinadən xəbər verir ki, buraxılış "Falcon 9" raketi ilə Kanaveral burnundan həyata keçirilib. Məlumata görə, gəminin BKS-ə birləşməsi bazar ertəsi planlaşdırılır və bu proses stansiyanın manipulyatoru vasitəsilə həyata keçiriləcək. "Cygnus XL" stansiyaya təxminən 5 ton yük, o cümlədən ərzaq və elmi avadanlıq çatdıracaq və oktyabr ayınadək orbitdə qalacaq. Qeyd olunur ki, bu, "Cygnus XL"in ikinci uçuşudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər