Dünya

İnsan rüşeyminə genetik müdaxilə cinayət hesab olunacaq - Yaponiyada yeni qanun qəbul edildi

11 Apr 2026, 05:16 1 baxış
İnsan rüşeyminə genetik müdaxilə cinayət hesab olunacaq - Yaponiyada yeni qanun qəbul edildi
Yaponiya Nazirlər Kabineti insan rüşeyminə genetik müdaxiləni və "dizayner körpələri" adlandırılan uşaqların dünyaya gətirilməsini cinayət əməli kimi tanıyan yeni qanun layihəsini qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın "Kyodo" informasiya agentliyi yayımlayıb. Yeni qanunvericilik aktı genetik cəhətdən dəyişdirilmiş rüşeymlərin qadın ana bətninə yerləşdirilməsini qadağan edir və buna görə ciddi cəzalar tətbiq edir. Qaydanı pozan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə və 10 milyon yen (təqribən 63 min ABŞ dolları) miqdarında cərimə gözləyir. Rəsmi Tokio hesab edir ki, insan genomunun dəyişdirilməsi texnologiyaları irsi xəstəliklərin qarşısının alınmasında faydalı ola bilsə də, onların naməlum fəsadlara yol açma ehtimalı yüksəkdir. Bununla yanaşı, göz rəngi, boy və ya digər fiziki parametrlərin seçilməsi ilə "dizayner körpələri"in yaradılması kimi texnologiyadan sui-istifadə cəhdləri də ciddi narahatlıq doğurur. İndiyədək Yaponiyada bu növ genetik əməliyyatlar yalnız müəyyən təlimatlarla tənzimlənirdi və hər hansı cinayət məsuliyyəti yaratmırdı. Sözügedən texnologiyalar ətrafında qlobal debatlar ilk dəfə 2018-ci ildə Çində qeydə alınan qalmaqallı hadisədən sonra alovlanmışdı. O zaman çinli tədqiqatçı genetik modifikasiyaya uğramış əkiz uşaqların doğulduğunu elan etmişdi. Bundan bir il sonra isə Yaponiya Nazirlər Kabineti yanında fəaliyyət göstərən şura bu istiqamətdə xüsusi dövlət qanununun hazırlanmasını gündəmə gətirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər