Dünya
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gedib
İran nümayəndə heyəti ABŞ ilə münaqişənin tənzimlənməsi və uzunmüddətli razılaşmanın əldə olunması üzrə danışıqlar üçün Pakistanın paytaxtı İslamabada gedib. Oxu.Az IRIB-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. Heyətə, həmçinin Mərkəzi Bankın rəhbəri Əbdülnaser Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçı daxildir.
Mənbə
oxu.az