Şou biznes
Türkiyədə məşhurlara qarşı əməliyyat: İstanbul baş prokuroru açıqlama verdi
İstanbul baş prokuroru Fatih Dönmez tanınmış şəxsləri hədəf alan narkotik istintaqı ilə bağlı açıqlama verib. Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir. Fatih Dönmezin sözlərinə görə, son iki ayda 400 narkotik satıcısı saxlanılıb: "İctimaiyyətdə "Məşhurlar narkotik dosyesi" kimi tanınan istintaq çərçivəsində bu günə qədər ümumilikdə 255 şübhəli barəsində məhkəmə prosesi başladılıb. Bu şübhəlilərin 219-u Ədliyyə Tibb Qurumunda testlərdən keçirilib. Aparılan analizlər nəticəsində 169 şübhəlidə narkotik maddədən istifadəyə dair dəlillər aşkar edilib. Son iki ay ərzində 400 narkotik satıcısı həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. "Narkotik dosyesi" çərçivəsində isə 32 şübhəli həbs edilib. Qarşıdakı dövrdə bu iş üzrə yeni əməliyyatlar təşkil olunacaq. Məşhurların və iş adamlarının adlarının hallandığı yeni məlumatlar əldə edildikcə, müvafiq şəxslər prokurorluğumuza çağırılacaqlar".
Mənbə
oxu.az