Dünya

Tramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTO

09 Apr 2026, 08:52 1 baxış
Tramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTO
"ABŞ qüvvələri müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaqlar". Oxu. Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında bildirib. "ABŞ-yə məxsus bütün hərbi gəmilər, aviasiya vasitələri və şəxsi heyət, habelə əlavə silah-sursat və onsuz da əhəmiyyətli dərəcədə zəiflədilmiş rəqibin zərərsizləşdirilməsi üçün lazım olan bütün vasitələr əldə edilmiş həqiqi razılaşma tam icra olunana qədər İranda və ətrafındakı mövqelərində qalacaq. Əgər hər hansı bir səbəbdən bu şərtlər yerinə yetirilməzsə (baxmayaraq ki, bu, inandırıcı görünmür), o zaman bu günə qədər heç kimin görmədiyi qədər daha miqyaslı, güclü və sarsıdıcı zərbələr başlayacaq. Bütün saxta bəyanatlara rəğmən, uzun müddət əvvəl razılaşdırıldığı kimi hərəkət ediləcək: heç bir nüvə silahı olmayacaq və Hörmüz boğazı tam açıq, eləcə də təhlükəsiz saxlanılacaq. Bu ərəfədə isə qüdrətli hərbi qüvvələrimiz təchizatını yeniləyir, istirahət edir və faktiki olaraq özünün növbəti addımına hazırlaşır. Amerika geri döndü!" - deyə paylaşımda qeyd olunub.
Tramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər