Siyasət
"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel olub. Baş nazir Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşünün türk dünyası üçün mühüm nəticələr doğurduğunu vurğulayıb.
O bildirib ki, Şimali Kipr TDT-yə tamhüquqlu üzv olmaq niyyətindədir. Ünal Üstel regional münaqişələrlə bağlı mövqeyini də açıqlayaraq müharibənin genişlənməsinin qarşısının dərhal alınmasının vacibliyini qeyd edib. Yunan tərəfi ilə təmaslara da münasibət bildirən baş nazir "Bir millətin üç türk dövləti kimi mübarizəni birlikdə davam etdirəcəyik", - deyə vurğulayıb. Ünal Üstelin sözlərinə görə, türk dövlətlərinin ortaq iradəsi ilə regionda sabitlik və sülhə nail olmaq mümkündür.

Mənbə
oxu.az
Oxşar Xəbərlər