Dünya

Hindistanda telefonla onlayn doğuş: Ana və körpəsi öldülər

03 Apr 2026, 14:52 2 baxış
Hindistanda telefonla onlayn doğuş: Ana və körpəsi öldülər
Hindistanda həkimin telefon vasitəsilə göstərişlər verdiyi doğuş prosesi zamanı ana və onun yeni doğulmuş övladı həyatlarını itiriblər. Oxu.Az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Vəfat edən qadının həyat yoldaşı Sureş Yadav bildirib ki, Soni Yadav doğuş ağrıları başlayan kimi dərhal tibb müəssisəsinə gətirilib. Həkim Ancali Srivastava ilk olaraq xəstənin səhhətinin qaydasında olduğunu qeyd edib. Ancaq doğuş prosesində ixtisaslı tibb personalı iştirak etməyib və prosedur həkimin telefonla verdiyi təlimatlar əsasında təcrübəsi olmayan xəstəxana işçisi tərəfindən icra olunub. Müdaxiləyə başlanıldıqdan otuz dəqiqə sonra körpə vəfat edib, ananın səhhəti isə kəskin şəkildə ağırlaşıb. Pasiyent digər tibb müəssisəsinə aparılsa da, onun həyatını xilas etmək cəhdləri nəticəsiz qalıb. İnsidentdən sonra Səhiyyə Nazirliyi tərəfindən təftiş həyata keçirilib. Yoxlama nəticəsində məlum olub ki, xəstəxanada heç bir həkim və ya peşəkar tibb işçisi yoxdur. Bunun ardınca sözügedən xəstəxana fəaliyyətini dayandırıb və oradakı bütün pasiyentlər başqa klinikalara yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı istintaq davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər