Dünya

Tramp və Kim Çen In arasında GİZLİ DANIŞIQ? - ABŞ liderindən diqqətçəkən açıqlama

18 Aug 2026, 00:12 1 baxış
Tramp və Kim Çen In arasında GİZLİ DANIŞIQ? - ABŞ liderindən diqqətçəkən açıqlama
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın onun ikitərəfli təmaslarla bağlı çağırışına cavab verdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə istinadən məlumat yayılıb. "Bəli, o cavab verdi", - deyə Tramp Kim Çen Inın danışıqlar aparmaq təklifinə cavab verib-vermədiyi ilə bağlı suala cavabında bildirib. ABŞ lideri söhbətin "çox müsbət" keçdiyini qeyd edib. O, görüşün digər təfərrüatını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl Tramp Şimali Koreya ilə mümkün qarşıdurmaya hazırlıq məqsədilə ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi "Ulchi Freedom Shield" (UFS) birgə hərbi təlimlərinin miqyasının azaldılması barədə göstəriş verib. ABŞ liderinin sözlərinə görə, təlimlər böyük maliyyə vəsaiti tələb edir və xərclərin əhəmiyyətli hissəsini məhz ABŞ qarşılayır. Tramp həmçinin bildirib ki, bu təlimlər Şimali Koreyaya "tamamilə gərəksiz düşmənçilik mesajı" göndərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər