Digər

İran hərbi proqramlara bir trilyon dollar xərcləyib - Netanyahu

01 Apr 2026, 01:26 2 baxış
İran hərbi proqramlara bir trilyon dollar xərcləyib - Netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu İranın hərbi proqramlarına təxminən bir trilyon dollar xərclədiyini iddia edib.


Axar.az xəbər verir ki, İsrail televiziyasında yayımlanan xalqa müraciətində o, Tehranın İsraili məhv etməyə, Yaxın Şərqdə üstünlük qazanmağa və qlobal təhlükə yaratmağa çalışdığını bildirib.


Onun sözlərinə görə, İran sərt sanksiyalara baxmayaraq, nüvə və raket proqramlarını inkişaf etdirməyə böyük maliyyə resursları yönəldib:


“İndi sizə demək istəyirəm ki, illər ərzində bütün bunlar İrana təxminən bir trilyon dollara başa gəlib. Artıq deyə bilərik ki, bu vəsait boşa xərclənib”.

Mənbə axar.az

Oxşar Xəbərlər