Digər

Tehrana zərbələr: ÜST-ün ofisinə zərər dəydi

01 Apr 2026, 00:13 2 baxış
Tehrana zərbələr: ÜST-ün ofisinə zərər dəydi

İranın paytaxtı Tehrana zərbələr nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ofisinə zərər dəyib.


Axar.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus X səhifəsində yazıb.


"Son iki gecə ərzində ÜST-ün Tehrandakı ofisinin ərazisinə zərbələr endirilib və nəticədə pəncərələr sınıb. Xoşbəxtlikdən ÜST-nin İrandakı ofisinin bütün əməkdaşları təhlükəsizlikdədir və heç kim xəsarət almayıb", - qeyd olunub.


Qeyd edək ki, 28 fevral ABŞ və İsrail hərbi qüvvələri İrana qarşı əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər