Digər

Pezeşkian Tehranın mərkəzində mitinqə çıxdı

01 Apr 2026, 00:53 2 baxış
Pezeşkian Tehranın mərkəzində mitinqə çıxdı

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçı Tehranın əsas meydanlarından birində minlərlə insanın qatıldığı mitinqdə iştirak edirlər.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.


Bildirilib ki, Pezeşkian və Arakçı Respublika Günü ərəfəsində paytaxtın mərkəzində keçirilən mitinqdə iştirak edirlər.


Belə ki, məhz 1979-cu ilin bu günündə İranda dövlətin gələcək quruluşu ilə bağlı ümumxalq səsverməsi keçirilib və əhalinin 98%-dən çoxu İslam respublikasına səs verib.

Mənbə axar.az

Oxşar Xəbərlər