Digər

Putin Zelenskiyə 2 ay vaxt verdi

31 Mar 2026, 19:58 2 baxış
Putin Zelenskiyə 2 ay vaxt verdi

Rusiya Ukrayna Silahlı Qüvvələrinin iki ay ərzində Donbasdan çıxarılmasını tələb edərək, Kiyevə qarşı şərtlərini sərtləşdirməklə hədələyib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.


"Buna görə də Ukraynanın geri çəkilmək üçün iki ayı var və sonra müharibə bitəcək. Əgər Ukrayna geri çəkilməsə, Rusiya Donbası ələ keçirəcək və şərtlər fərqli olacaq", - deyə o bildirib.


Zelenski əlavə edib ki, Rusiya münaqişənin sonunu və ya onun kəskin mərhələsini Ukrayna qoşunlarının Donbasdan çıxarılmasında görür.

Mənbə axar.az

Oxşar Xəbərlər