Digər

Rusiyada neft zavodunda partlayış: 13 yaralı - Video

31 Mar 2026, 15:58 2 baxış
Rusiyada neft zavodunda partlayış: 13 yaralı - Video

Rusiyanın Nijnekamsk şəhərindəki neft zavodunda partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə şəhər veri Radmir Belyayev məlumat yayıb.


Onun sözlərinə görə, operativ reaksiya xidmətinin əməkdaşları partlayışdan sonra baş verən yanğının söndürülməsinə cəlb olunub.


Rusiya mətbuatı partlayış nəticəsində 13 nəfərin yaralandığını yazıb. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib.


İlkin məlumata görə, partlayışa sexlərin birindəki qurğuların texniki nasazlığı səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər