Siyasət

Azərbaycan və İran XİN rəhbərləri bölgədəki son prosesləri müzakirə ediblər

30 Mar 2026, 23:06 1 baxış
Azərbaycan və İran XİN rəhbərləri bölgədəki son prosesləri müzakirə ediblər
30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub. Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub. Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər