Kriminal

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü

30 Mar 2026, 15:51 1 baxış
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü
Şəmkir rayonunda oğul anasını qətlə yetirib. Oxu.Az-ın məlumatına görə, hadisə martın 30-da günorta saatlarında rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Anar Allahverdiyev anası, 1959-cu il təvəllüdlü Çiçək Sərdarovaya hücum edib. O, anasını balta ilə qətlə yetirib. Qətldən sonra A.Allahverdiyev üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hadisə zamanı o da ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər