Kriminal

Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada öldü

30 Mar 2026, 10:52 1 baxış
Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada öldü
Yevlax rayonunda ehtiyatsızlıqdan xəsarət alan kişi ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib. Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də həyətdə ot bağlamalarının üzərində olarkən ehtiyatsızlıqdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması və boyun nahiyəsindən xəsarət alan Z.Tağıyev xəstəxanaya yerləşdirilsə də, martın 28-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər