Dünya

Kubada enerji böhranı: 100 mindən çox xəstə əməliyyat gözləyir

30 Mar 2026, 06:02 1 baxış
Kubada enerji böhranı: 100 mindən çox xəstə əməliyyat gözləyir
Kubada yaşanan enerji böhranı ölkədə həyatın bütün sahələrinə mənfi təsir göstərib. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici ticarət və xarici investisiyalar naziri Oskar Peres-Oliva Fraqa bildirib. Məlumata görə, elektrik çatışmazlığı səbəbindən xəstəxanalarda əməliyyatların aparılması çətinləşib. Hazırda ölkədə 100 mindən çox xəstə əməliyyat növbəsindədir, onlardan 11 mindən çoxu uşaqdır. Qeyd olunur ki, Kubada gündəlik elektrik kəsintiləri müşahidə edilir. Bu vəziyyət ərzaq istehsalı, daşınması və saxlanmasına, həmçinin su təchizatı sistemlərinin fəaliyyətinə ciddi maneələr yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər