Dünya

Tehran zərbələr altında: Hərbi obyektlər vuruldu, işıqlar söndü

30 Mar 2026, 01:24 2 baxış
Tehran zərbələr altında: Hərbi obyektlər vuruldu, işıqlar söndü
İsrail Hərbi Hava Qüvvələri Tehran şəhərinə yeni zərbələr dalğasına başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunur ki, hücumların hədəfi Tehrandakı hərbi obyektlər olub. Hadisə fonunda İran ərazisində elektrik enerjisində fasilələrlə bağlı məlumatlar daxil olur. "Fars" agentliyinin məlumatına görə, Tehrana yaxın yerləşən Kərəc şəhərində və paytaxtın bəzi rayonlarında işıqlar sönüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər