Dünya

KİV: SEPAH-ın yüksəkrütbəli komandiri öldürüldü

29 Mar 2026, 22:48 2 baxış
KİV: SEPAH-ın yüksəkrütbəli komandiri öldürüldü
İsrailin hava zərbələri nəticəsində SEPAH-ın "Böyük Tehran" bölməsinin komandiri Həsən Həsənzadənin öldürüldüyü iddia olunur. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ərəb KİV-i məlumat yayıb. Qeyd olunur ki, "Böyük Tehran" İranın paytaxtı Tehran və ətraf şəhərləri əhatə edən, təxminən 15 milyon əhalisi olan ən iri aqlomerasiyadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər