Dünya
İran ABŞ-nin radiolokasiya aşkaretmə təyyarəsini məhv edib
İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasına endirdiyi raket zərbəsi nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing E-3G Sentry" tipli uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsi məhv edilib. Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, söhbət Oklahoma ştatında yerləşən və fevralın sonunda Səudiyyə Ərəbistanına köçürülmüş 81-0005 qeydiyyat nömrəli təyyarədən gedir. Bu təyyarənin məhv edilməsi "E-3" tipli təyyarələrin istismar tarixində ilk döyüş itkisi olub. Beləliklə, ABŞ Hərbi Hava Qüvvələrində bu tip təyyarələrin aktiv parkının sayı 16-dan 15-ə qədər azalıb, onların istehsalı isə artıq dayandırılıb.
Mənbə
oxu.az