Dünya
Dağıstanda çimərliklər bağlandı - VİDEO
Dağıstanda çimərliklərin təxminən 70%-i Xəzər dənizinin çirklənməsinə görə bağlanıb. Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, Dağıstan sakinləri sahilboyu suitilərin və quşların cəsədlərini tapırlar. İlkin məlumata görə, heyvanların tələf olmasının səbəbi şəhər kanalizasiyasının suya axıdılması ola bilər. Məlumata görə, Mahaçqalada dənizdən götürülmüş su nümunələri tələblərə tam uyğun gəlmir. Yerli sakinlər və turistlər dəfələrlə dənizin çirklənməsi barədə səlahiyyətli orqanlara məlumat versələr də, problem hələ də qalmaqdadır.

Mənbə
oxu.az