Dünya
Əlcəzairin sabiq prezidenti vəfat edib
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib. Oxu.Az bu barədə Asharq.com-a istinadən xəbər verir. Bildirilir ki, sabiq dövlət başçısı uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. O, müalicə aldığı hərbi xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub. O, 10 iyul 1993-cü ildə müdafiə naziri təyin edilib, daha sonra 1994-cü il yanvarın 30-da müvəqqəti prezident olub, 1995-ci ildə isə rəsmi olaraq prezident postunu tutaraq müstəqillik qazandıqdan sonra Əlcəzairin altıncı prezidenti olub. 1998-ci ilin sentyabrında Zərval növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib və prezidentlik səlahiyyətlərini 1999-cu ilin aprelində rəsmən başa vurub.
Mənbə
oxu.az