Kriminal
Minik avtomobili "KamAZ"a çırpıldı, sürücü hadisə yerində öldü
Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb. Belə ki, minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az