Kriminal

Lənkəranda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb

28 Mar 2026, 18:32 1 baxış
Lənkəranda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb
Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub. Oxu.Az xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların şəxsiyyəti məlum olub: - Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi) - Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi) - Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi) - Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi) - Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi) Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər