Kriminal
VAZ-la "Mercedes" toqquşdu: Sürücü hadisə yerində öldü
Naftalan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az