Kriminal

Gədəbəydə 2 yaşlı uşaq qəfil vəfat edib

27 Mar 2026, 17:15 1 baxış
Gədəbəydə 2 yaşlı uşaq qəfil vəfat edib
Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2024-cü il təvəllüdlü A.Musayev yaşadığı evdə qəflətən halı pisləşib. Azyaşlının epilepsiya xəstəsi olduğu bildirilib. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 26-da saat 00:30-da 2024-cü il təvəllüdlü azyaşlı (kişi) valideynləri tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Məlumatda qeyd olunub ki, xəstəxanaya daxil olarkən azyaşlıda həyat əlamətləri müşahidə edilməyib: "Həkim heyəti tərəfindən azyaşlının ölüm faktı təsdiq olunub".
Mənbə oxu.az

Oxşar Xəbərlər