Dünya

İtaliya Baş naziri Corcia Meloniyə yeni vəzifə verildi

27 Mar 2026, 14:33 2 baxış
İtaliya Baş naziri Corcia Meloniyə yeni vəzifə verildi
İtaliya Prezidenti Sercio Mattarella ölkənin turizm naziri Daniela Santankenin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Oxu.Az-ın RBC nəşrinə istinadən xəbərinə görə, bu barədə İtaliya administrasiyasından məlumat verilib. Məlumata görə, bu vəzifəni müvəqqəti olaraq ölkənin Baş naziri Corcia Meloni icra edəcək. Qeyd edək ki, məhkəmə islahatı üzrə referendumda məğlubiyyətdən sonra Meloni Santankeni turizm naziri postunu tərk etməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər