Kriminal

Bir ailənin dörd üzvü Kürdə köməksiz vəziyyətdə qalıb

27 Mar 2026, 14:36 1 baxış
Bir ailənin dörd üzvü Kürdə köməksiz vəziyyətdə qalıb
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunublar. Məlumatda qeyd olunub ki, hazırda birgə xilasetmə tədbirləri həyata keçirilir. Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı APA yayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər