Digər

Tramp “Hörmüz açıqdır” dedi, İran gəmiləri geri qaytardı

27 Mar 2026, 14:55 2 baxış
Tramp “Hörmüz açıqdır” dedi, İran gəmiləri geri qaytardı

ABŞ prezidentinin Hörmüz boğazının açıq olması ilə bağlı bəyanatlarından sonra bu səhər müxtəlif ölkələrə məxsus 3 konteyner gəmisi icazəli keçid üçün müəyyən edilmiş dəhlizə doğru hərəkət etsə də, Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq edilərək geri qaytarılıb.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.


Qeyd olunub ki, Hörmüz boğazı bağlıdır və bu ərazidə hər hansı hərəkət sərt reaksiya ilə qarşılanacaq:


"Hər hansı gəminin İsrail–ABŞ müttəfiqləri və dəstəkçilərinə məxsus limanlara, eləcə də bu limanlardan istənilən istiqamətdə hərəkəti qadağandır".

Mənbə axar.az

Oxşar Xəbərlər