Digər

İran yox, Ukrayna mənim müharibəmdir... - Stubb

27 Mar 2026, 13:24 2 baxış
İran yox, Ukrayna mənim müharibəmdir... - Stubb

Ümid edirəm ki, amerikalılar başa düşür ki, ukraynalılar onlar üçün ruslardan daha vacibdir. Rusiya isə onlar üçün qatı düşməndir. Bu mənada bu, tərəzinin düzgün istiqamətə meyl etməsinə səbəb ola bilər.


Axar.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "Politico" nəşrinə müsahibəsində deyib.


Stubb qeyd edib ki, amerikalı həmkarı Donald Trampın diqqəti hazırda Yaxın Şərqə yönəlib:


“Hazırda o, tamamilə İranla məşğuldur. Aydındır ki, İrandakı müharibə Ukraynadan diqqəti yayındırır. Mənə elə gəlir ki, sülh danışıqları dayanıb”.


Finlandiya prezidenti vurğulayıb ki, o, Ukraynanı öz prioriteti hesab edir, İranla müharibəni isə yox:


“Bu sərt səslənə bilər, amma İran mənim müharibəm deyil. Ukrayna mənim müharibəmdir”.


O, eyni zamanda Avropa ölkələrinin Yaxın Şərqdəki münaqişəyə müdaxiləsinə ehtiyac görmədiyini, yalnız ABŞ-a Hörmüz boğazından keçidin təmin olunması məsələsində mümkün dəstəyin müzakirə edilə biləcəyini qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər