Digər

Qum və Urmiya bombardman edildi: ölənlər var

27 Mar 2026, 11:57 2 baxış
Qum və Urmiya bombardman edildi: ölənlər var

İranın Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı 6 dinc sakin həlak olub.


Axar.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat yayıb.


O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda 3 yaşayış binasına ciddi ziyan dəyib.


Həmçinin Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər