Dünya
SEPAH İsrailin mərkəzinə raket və dron zərbələri endirib - 83-cü hücum dalğası
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib. Oxu.Az TASS-a istinadən məlumat verir ki, bununla bağlı qurumun rəsmi bəyanat verib. Məlumatda vurğulanır ki, İran silahlı qüvvələri İsrailə qarşı sayca 83-cü hücum dalğasına start verib. İsrail hərbi mövqelərinə dəyən zərərin nəticələri və əməliyyatın effektivliyi haqqında hələlik dəqiq məlumat açıqlanmayıb.
Mənbə
oxu.az