Kriminal
Zaqatalada sərxoş kişi xəstəxanada öldü
Zaqatala rayonunda sərxoş kişi xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü İlham Davudov sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə vurub. Nəticədə pəncərənin şüşəsi onun ayağının topuq nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan İ.Davudov qanaxmadan ölüb.
Mənbə
oxu.az