Digər

Putinin onunla etdiyi müzakirələr sızdırılıb - Lavrov

27 Mar 2026, 09:00 2 baxış
Putinin onunla etdiyi müzakirələr sızdırılıb - Lavrov

Rusiya Prezidenti Vladimir Putin əlaqə saxlamağa açıqdır və həmişə Fransa Prezidenti Emmanuel Makronun zənglərinə cavab verib.


Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


“Bir dəfə də olsun Makronun Kremlə zəng etdiyi və Putinin cavab vermədiyi hal olmayıb. Zəng etmək istəyirsinizsə, ciddi siyasətçisinizsə, sadəcə mesaj göndərin və prezidentimiz həmişə cavab verəcək.


Bundan əlavə, Putinin Makronla ünsiyyət qurduğu ofisdə başqa heç kim olmayıb. Parisdə isə Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət quranda orada çox sayda insan olur”, - deyə Lavrov qeyd edib.


XİN başçısının sözlərinə görə, Paris bunu xüsusilə gizlətmir, hətta liderlərin müzakirə etdikləri bəzi məlumatlar da sızdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər