Digər
Qardaş ölkədə güclü zəlzələ oldu
Pakistanın Kəşmir bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Battaqram şəhərindən 277 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Mənbə
axar.az