Digər

Almaniyanın bu açıqlaması çox yersiz idi - Tramp

26 Mar 2026, 22:14 2 baxış
Almaniyanın bu açıqlaması çox yersiz idi - Tramp

Almaniyanın vitse-kanslerinin İran haqda dediyi "Bu, bizim müharibəmiz deyil" sözlərini eşidəndə dedim ki, Ukrayna bizim müharibəmiz deyil, amma biz kömək edirik.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.


“Almaniya tərəfinin bu açıqlamasını son dərəcə yersiz hesab etdim. Amma o, bunu etdi. Bu fikri dəyişmək mümkün deyil. O, belə düşünür”, - deyə ABŞ lideri əlavə edib.


Qeyd edək ki, Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl ABŞ və İsrailin İranla danışıqlara daha çox diqqət yetirməli olduqlarını və Yaxın Şərqdəki gərginliyin onların müharibəsi olmadığını vurğulamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər