Dünya
Trampdan sərt mesaj: "İran geri çəkilməsə, zərbələr davam edəcək"
ABŞ İran İslam Respublikası nümayəndələri ilə təmasları dəstəklədiyini bəyan etməsinə baxmayaraq, İrana zərbələr endirməyə davam edəcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu mövqeni ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında səsləndirib. "Hazırda onların bir şansı var - bu da İranın nüvə ambisiyalarından tam imtina etməsi və irəliyə doğru yeni yol müəyyənləşdirməsidir. Görəcəyik, bunu etmək istəyirlərmi. Əgər etməsələr, biz onların ən pis kabusu olacağıq. Hələlik isə biz sadəcə onları maneəsiz şəkildə vurmağa davam edəcəyik, bizi heç nə dayandıra bilməz", - deyə o bildirib. "İrana gəlincə, biz sadəcə işimizi davam etdirəcəyik", - deyə Amerika lideri əlavə edib.
Mənbə
oxu.az