Dünya
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi də ÖLDÜRÜLDÜ - FOTO
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı ilə birlikdə öldürülüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, dəniz kəşfiyyatının rəhbəri Behnam Rezai region ölkələri haqqında kəşfiyyat məlumatlarını toplamaqla məşğul olub və müxtəlif kəşfiyyat təşkilatları ilə əməkdaşlığa rəhbərlik edib. Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats İsrail hərbçilərinin İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tangsirini öldürdüklərini iddia edib.
Mənbə
oxu.az