Dünya

ABŞ və İsraillə müharibəsi zamanı İranda ölənlərin sayı açıqlandı

26 Mar 2026, 17:00 2 baxış
ABŞ və İsraillə müharibəsi zamanı İranda ölənlərin sayı açıqlandı
ABŞ və İsraillə müharibəsi zamanı İranda ən azı 1 937 nəfər həyatını itirib. Oxu.Az-ın "Əl-Cəzirə" telekanalına istinadən xəbərinə görə, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian məlumat verib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər