Kriminal
Şirvanda qadın sirkədən zəhərlənib öldü
Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə - "essensiya" turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə
oxu.az