Kriminal

Sumqayıt sakininin evi yanaraq kül oldu - FOTO

21 Mar 2026, 18:24 1 baxış
Sumqayıt sakininin evi yanaraq kül oldu - FOTO
Sumqayıtda fərdi yaşayış evi yanıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus, ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər