Kriminal

Sumqayıtda bayram tonqalı yanğına səbəb oldu - VİDEO

21 Mar 2026, 09:27 1 baxış
Sumqayıtda bayram tonqalı yanğına səbəb oldu - VİDEO
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 9-cu mikrorayon ərazisində yerləşən 11/17 saylı binanın həyətində qeydə alınıb.
Bildirilib ki, yanğın alovun bayram tonqalından ağaca keçməsi nəticəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər