Dünya
Moldova parlamenti ölkənin MDB-dən çıxmasının lehinə səs verdi
Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında sazişin denonsasiyası (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətini birtərəfli qaydada dayandırması - red.) layihəsini birinci oxunuşda qəbul edib. Oxu.Az bu barədə "Sputnik Moldova"ya istinadən xəbər verir. Xatırladaq ki, martın 11-də Moldova hökuməti ölkənin MDB üzvlüyünün hüquqi əsasını təşkil edən əsas müqavilələrin denonsasiyasını təsdiqləmişdi.
Mənbə
oxu.az